"Erciyes - 2025” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTOLAR

2025/05/a63e0-1748514486.jpg
Oxunub: 654     14:18     29 May 2025    
Türkiyə Respublikasının Kayseri şəhərində "Erciyes - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, eləcə də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.

Əvvəlcə təlimin ümumi gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara məlumat verilib.

Təlim poliqonunda "Erciyes - 2025"ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.

Təlimdə ölkəmizi təmsil edən ƏÜO-nun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonda qonaqlara Türkiyə Respublikasında istehsal olunan silah-sursat, təchizat və müxtəlif PUA-lar təqdim edilib, onların taktiki-texniki xüsusiyyətləri və imkanları ilə bağlı ətraflı məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Erciyes   2025   Təlim  


Bizi "telegram"da izləyin