Banqladeş Hindistanla regional gərginliyin artması fonunda “Bayraktar TB2” PUA parkını genişləndirməyə çalışır

2025/05/1748500906.jpg
Oxunub: 476     11:41     29 May 2025    
“Baykar” istehsalı olan “Bayraktar TB2” Pilotsuz Uçuş Aparatlarının (PUA) performansından məmnun olan Banqladeş ordusu indi bu PUA-ları Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarına əlavə etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Security Asia” məlumat yayıb.

Bu satınalma Banqladeş HDQ-yə Benqal körfəzinə nəzarət etməyə və yaranan dəniz təhlükələrinə qarşı mübarizə aparmağa imkan verəcək.

Bu, geosiyasi baxımdan həssas regionda ölkənin HDQ-sini gücləndirmək üçün strateji addım hesab olunur.

Məsələyə yaxın mənbələr Banqladeş HDQ-nin aviasiya bölməsinin daha əvvəl Banqladeş ordusunda özünü doğrultmuş “Bayraktar TB2” ilə maraqlandığını bildirib.

Standart “Bayraktar TB2” ilə yanaşı, HDQ daha qısa uçuş-enmə zolaqlarından qalxıb enə bilən qabaqcıl “Bayraktar TB3” variantının alınmasını da qiymətləndirir.

Bu variant PUA-nı donanma gəmilərindən və ya kiçik aviabazalardan daha çevik şəkildə tətbiq etməyə imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Banqladeş   Hindistan  


Bizi "telegram"da izləyin