Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Çin müdafiə mənbələrinin “China Morning”ə verdiyi məlumata görə, sistem çevik və sürətli cavab verən HHM həllini təmin etmək üçün 6x6 və 4x4 zirehli avtomobillərə quraşdırılmış qoşa 35 mm-lik avtomatik topları və “yer-hava” raket podlarını birləşdirir.
SWS3 sistemi modul radar qurğuları və elektro-optik hədəfləmə cihazlarından istifadə edərək, inteqrasiya olunmuş aşkarlama, izləmə və nişanalma imkanları təklif edir.
SWS3 sisteminin Rusiya istehsalı “Pantsir-S1”, Almaniya istehsalı MANTIS və ABŞ ordusunun istifadə etdiyi M-SHORAD kimi alçaq hündürlükdə müdafiə üçün raket və silah komponentlərini birləşdirən oxşar sistemlərdən təsirləndiyi bildirilir.
Lakin SWS3 əməliyyat ehtiyaclarına və kiçik PUA-lardan artan təhlükəyə qarşı mübarizə aparmağa yönəlmiş yerli uyğunlaşma kimi təsvir edilir.
Sevinc Əliyeva
Ordu.az