Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Lakin Bayden administrasiyası tərəfindən göndərilən “Patriot” ehtiyatının tükənməyə başlaması və Tramp administrasiyasının əlavə yardım göndərməyə soyuq yanaşması Kiyevi alış variantına doğru sövq edir.
Ukrayna və Qərb rəsmilərinin fikrincə, Tramp administrasiyası yeni “Patriot” sistemlərini hədiyyə etməkdənsə satmağa daha açıqdır.
Ukraynanın yüksək rütbəli məmuru hazırkı administrasiyanın yanaşmasını belə şərh edib: “Onlar iş adamı kimi düşünürlər. Mən sənə bir şey versəm, sən də mənə bir şey qaytarmalısan. Biz buna uyğunlaşmalıyıq”.
Ukrayna xüsusilə ballistik raketlərə qarşı “Patriot” sistemlərindən istifadə etmək istəyir. Lakin bu sistemlər məhdud istehsal gücünə və yüksək xərclərə malik olduğundan nə ABŞ, nə də onun NATO müttəfiqləri onları öz ehtiyatlarından təmin etmək istəmirlər.
Sevinc Əliyeva
Ordu.az