Ordu.az xəbər verir ki, Polşanın Silahlanma Agentliyi rəsmi “X” hesabında K9 haubitsalarının yeni partiyasının ölkəyə gəldiyini açıqlayıb.
Rəsmi hesabda edilən paylaşımda qeyd olunub: “Ölkənin şərqində yerləşən hərbi hissələrin qapılarına yeni K9 haubitsaları yerləşdirilməyə başlayıb. Silahlı Qüvvələrin təchizatına 18 vasitə qəbul edilir, onlar 16-cı Mexanikləşdirilmiş Artilleriya Diviziyası və 18-ci Mexanikləşdirilmiş Artilleriya Diviziyasına daxil ediləcək”.
Cənubi Koreyadan alınan 218 K9A1 özüyeriyən haubitsasından ən azı 144-ü hazırda Polşadakı qoşunlara təhvil verilib.
Əvvəlki “K9 Thunder” haubitsasının çatdırılması bu ilin fevral ayında həyata keçirilib. Bu çatdırılmaya 14 K2 tankı və 8 K9 haubitsası daxil olub.
Sevinc Əliyeva
Ordu.az