Almaniyadakı bəzi SPD deputatları İsrailə silah ixracına son qoyulmasını tələb ediblər

2025/05/1748497867.jpg
Oxunub: 424     14:30     29 May 2025    
Almaniyada hökumətin kiçik ortağı olan Sosial Demokrat Partiyasından (SPD) bəzi parlament üzvləri Qəzzada baş verənlərə görə ölkələrini İsrailə silah ixracını dayandırmağa çağırıblar.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

SPD Bundestaq Qrupunun Xarici Siyasət sözçüsü Adis Ahmetoviç “Stern” jurnalına açıqlamasında deyib ki, Almaniya silahları humanitar fəlakətləri yaymaq və beynəlxalq hüququ pozmaq üçün istifadə edilməməlidir.

Ahmetoviç İsrailin Baş naziri Benyamin Netanyahunun hökumətini atəşkəsi qəbul etməyə və danışıqlar masasına qayıtmağa çağırıb.

SPD deputatı Ralf Şteqner də Almaniya hökumətinin indiyə qədər münaqişə bölgələrinə silah tədarük etməmək məsələsində İsrailə əsaslı səbəblərlə istisna tətbiq etdiyini və bunun İsrailin təhlükəsizliyinə xidmət etdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   SPD   İsrail  


Bizi "telegram"da izləyin