Ankara növbəti Rusiya-Ukrayna danışıqlarının da Türkiyədə keçirilməsini təklif edib

2025/01/1738142498.jpg
Oxunub: 389     14:29     27 May 2025    
Ankara Moskvaya Rusiya ilə Ukrayna arasında növbəti danışıqların da Türkiyədə keçirilməsini təklif edib.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında çıxışı zamanı bildirib.

O, danışıqların atəşkəs və sülhlə nəticələnməsinin zəruri olduğunu qeyd edərək, Türkiyənin bu prosesə hər cür dəstək verəcəyini vurğulayıb.

Hakan Fidan onu da əlavə edib ki, Rusiya tərəfi hazırda İstanbulda danışırlarda əldə edilən ikinci razılığa əsasən qarşılıqlı şərtlərin göndərilməsi üzrə işləri davam etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Türkiyə  


Bizi "telegram"da izləyin