Ordu.az xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.
Yayımlanan görüntülərdə F-15E-nin 70 mm-lik APKWS II raketləri üçün 6 ədəd 7 borulu buraxılış qurğusu ilə təchiz edildiyi görünüb və bu sayədə F-15E 42-yə qədər idarə olunan sursat daşıya bilib.
Hərbi ekspertlərin fikrincə, bu, “hava-hava” tipli raketlərin yüklənməsi ilə yanaşı, döyüş təyyarəsinin insansız sistemlər və alçaqdan uçan qanadlı raketlər də daxil olmaqla, hava təhlükələrinə müdaxilə etmə qabiliyyətini xeyli artıra bilər.
“BAE Systems” 2025-ci ilin birinci rübündə təyyarənin infraqırmızı axtarış başlığının əlavə edildiyi təkmilləşdirilmiş APKWS II versiyasını təqdim edib.
Sevinc Əliyeva
Ordu.az