Ordu.az “Inside Defense” nəşrinə istinadən xəbər verir ki, müqavilənin tavan qiyməti 423 milyon dollar müəyyən edilib.
Məlumata görə, müqavilə çərçivəsində ilk 24 ədəd “M109A7 Paladin” özüyeriyən haubitsası ABŞ ordusuna təhvil veriləcək.
Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyinin internet saytındakı elana görə, 214 milyon dollarlıq satınalma fondu artıq tədarükçüyə ödənilib və istehsal prosesinə başlanılıb.
M109A7 və M992A3 M109 Avtomobil Ailəsinin bir hissəsi olan M109A6 özüyeriyən haubitsası və M992A2 sursat təchizatı vasitəsini əvəz etmək üçün təkmilləşdirilmiş sistemlər olaraq hazırlanan “Paladin” İnteqrasiya Edilmiş İdarəetmə proqramının bir hissəsidir.
Müqavilə 2025-ci ilin avqustundan 2026-cı ilin iyuluna qədər istehsal və çatdırılmanı əhatə edir.
Sevinc Əliyeva
Ordu.az