Litva Belarusa qarşı təzminat davası açmağı planlaşdırır

2025/05/Lithu-1748271783.jpg
Oxunub: 585     18:39     26 May 2025    
Litva BMT Beynəlxalq məhkəməsində miqrasiya böhranının təşkili iddiasıyla Belarusdan milyonlarla avro həcmində təzminat tələb edəcək.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Vilnüsün iddiasına əsasən, rəsmi Minsk qəsdən miqrant axınını təşkil edib və onların Litva sərhədinədək müşayiət olunmasını təmin edib.

“Litva Respublikasının iddiasında göstərilir ki, dövlət vurulan ziyanın ödənilməsini tələb edəcək və (...) ilkin qiymətləndirmələrə əsasən, yalnız Daxili İşlər sistemində böhranın idarə olunmasına yönəldilən vəsait 200 milyon avrodan çoxdur. Bu hesablamalara yenidən baxılacaq”, - Litva Ədliyyə Nazirliyi bəyan edib.

İddiada bildirilir ki, 2021–2023-cü illər ərzində vurulan bu ziyan fiziki səddin inşasına yönəldilmiş investisiyalar, sərhəd nəzarət sistemlərinin gücləndirilməsi və sərhəddə əlavə hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Belarus  


Bizi "telegram"da izləyin