Makron: "Fransa və Vyetnam 9 milyard avroluq müqavilələr imzalayıb"

2025/03/1741014406.jpg
Oxunub: 582     18:12     26 May 2025    
Fransa və Vyetnam ümumilikdə 9 milyard avro dəyərində müqavilələr bağlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Vyetnama dövlət səfərində olan Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında bildirib.

"Səfər çərçivəsində 9 milyard avro məbləğində müqavilələr imzalanıb", - o qeyd edib.

Makronun sözlərinə görə, demək olar ki, bütün əsas sektorlarda, o cümlədən aviasiya və dəmir yolu sahələrində bağlanmış müqavilələr iki dövlət arasında müdafiə, aviasiya və energetika sahələrində möhkəm əlaqələrin mövcudluğunu vurğulayır.

2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 12,9 % artaraq 5,42 milyard dollara çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa   Vyetnam  


Bizi "telegram"da izləyin