Avropa Ukraynaya silah tədarükünün yeni yollarını axtarır

2025/05/1748249142.jpg
Oxunub: 435     14:25     27 May 2025    
ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsindən çəkilmə siqnalları Avropa liderlərini sürətlə yeni yollar axtarmağa sövq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ-nin artıq silah tədarük etməyəcəyi aydınlaşdıqca, Avropanın da ehtiyatları məhdudlaşır.

Getdikcə daha ciddi şəkildə nəzərdən keçirilən təklif budur: Avropa ABŞ silahlarını birbaşa alıb, Ukraynaya göndərəcək.

Məsələ ilə tanış olan mənbələrin məlumatına görə, bu yanaşma Tramp göndərməsə belə, Avropanın silah göndərməsini təmin edə bilər. Belə ki, Ukraynanın müdafiə qabiliyyəti qorunarkən, Putinə atəşkəs üçün təzyiqlər də arta bilər. Avropa Trampı kəşfiyyat məlumatlarını paylaşmağa davam etməyə inandıra bilsə, Zelenski administrasiyası çox güman ki, daha uzun sürəcək.

Bu prosesdə Avropa İttifaqı da Rusiyaya iqtisadi təzyiqləri artırmaq üçün yeni sanksiyaları gündəmə gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ukrayna  


Bizi "telegram"da izləyin