ABŞ kəşfiyyatı: Rusiya taktiki nüvə başlıqlarına malik yeni raketlər tətbiq edir

2025/05/1748248794.jpg
Oxunub: 691     10:39     29 May 2025    
Rusiya uzaq məsafədən hava hədəflərini vurmaq üçün taktiki nüvə başlıqlarına malik yeni tipli idarə olunan “hava-hava” raketlərini tətbiq edir.

Ordu.az xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin Müdafiə Kəşfiyyat İdarəsinin hazırladığı yeni hərbi hesabat dərc edilib.

ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim edilən hesabatda Rusiya Silahlı Qüvvələri tərəfindən yeni nüvə başlığı olan “hava-hava” raketinin yerləşdirilməsi qeyd edilib.

“Rusiya yeni imkanlar, o cümlədən “yer-hava” tipli nüvə raketləri və digər qabaqcıl nüvə sistemləri əlavə etməklə, nüvə qüvvələrini genişləndirir. Rusiyanın yəqin ki, 1550-yə yaxın strateji nüvə başlığı və 2000-ə qədər qeyri-strateji döyüş başlığı yerləşdirilib”, - deyə hesabatda bildirilib.

Hərbi ekspertlərin fikrincə, yeni raket mütləq şəkildə “Su-30SM”, “Su-35S” və “Su-57” kimi çoxməqsədli döyüş təyyarələrində istifadə olunan R-37M uzun mənzilli raketin xüsusi versiyasıdır.

Yenə hərbi ekspertlərə görə, R-37M raketinə xüsusi döyüş başlığının inteqrasiya olunduğu təsdiqlənməsə də, bu, nüvə başlığı daşıyan və 140 kilometrə qədər məsafə qət edə bilən Sovet dövründən qalma R-33 “hava-hava” raketinin inkişafının məntiqi davamı olacaq.

Adı açıqlanmayan yeni raket ABŞ Müdafiə Kəşfiyyat Təşkilatının hesabatında Rusiyanın nüvə arsenalında yer alan və strateji olmayan nüvə silahları olaraq da bilinən taktiki nüvə silahları arasında yer alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Nüvə  


Bizi "telegram"da izləyin