Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın şəxsən tələb etdiyi bu hədəfin iyun ayında Brüsseldə keçiriləcək müdafiə nazirlərinin görüşündə açıqlanması nəzərdə tutulur.
Lakin Madridin tərəddüdü alyansın birlik mesajını təhlükə altına qoyur.
Tramp administrasiyası dəfələrlə vurğulayıb ki, Avropa müdafiə yükünü artırmasa, ABŞ-nin müdafiə zəmanəti risk altında ola bilər. İyunun əvvəlində keçiriləcək nazirlər toplantısının bu məsələ ilə bağlı Trampa təminatların verilməsi və iyunun 24-də Haaqa sammitində Vaşinqtonun təhlükəsizlik öhdəliklərinin yenidən təsdiqlənməsi baxımından kritik olduğu bildirilir.
Lakin İspaniya bu məqsədə açıq dəstək verməkdən çəkinib. ABŞ dövlət katibi Marko Rubio bu həftə Vaşinqtonda ispaniyalı həmkarı ilə görüşdən sonra deyib: “Mən İspaniyanı 5% öhdəliyi məsələsində müttəfiqləri ilə birlikdə hərəkət etməyə çağırdım”.
Sevinc Əliyeva
Ordu.az