Avstriya M-346FA yüngül hücum və qabaqcıl təlim təyyarələrinin tədarükü üçün İtaliya ilə razılığa gəlib

2025/05/1747897566.jpg
Oxunub: 436     11:21     22 May 2025    
Avstriya “Leonardo” istehsalı olan M-346FA (Fighter Attack) yüngül hücum və qabaqcıl təlim təyyarələrinin tədarükü üçün İtaliya ilə razılığa gəlib.

Ordu.az xəbər verir ki, sazişin şərtləri İtaliyanın Hava Silahları və Uçuşa Yararlılıq Direktorluğunun mayın 21-də dərc etdiyi rəsmi sənədlə dəqiqləşdirilib.

Müqaviləyə əsasən, Avstriya birinci mərhələdə 12 M-346FA təyyarəsi alacaq. Bunlardan 8-i yüngül hücum rolu avadanlığı ilə, 4-ü isə təlim təyyarə konfiqurasiyasında veriləcək. Müqaviləyə əlavə 12 ədəd variantı da daxil edilib, təyyarələrin missiya bölgüsü hələ yekunlaşdırılmayıb.

Satınalma Avstriyanın “Yenidənqurma Planı 2032” (Reconstruction Plan 2032) proqramı çərçivəsində həyata keçiriləcək və təxminən 1 milyard avro (1,13 milyard dollar) dəyərində olacaq. Çatdırılmalar 2027-ci ildə başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstriya   Leonardo  


Bizi "telegram"da izləyin