Şimali Koreyada hərbi gəminin suya buraxılması zamanı qəza baş verib

2025/05/1747891319.jpg
Oxunub: 1622     04:55     22 May 2025    
Koreya Xalq Demokratik Respublikasının Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan yeni esminesin suya buraxılması zamanı qəza baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Hadisə 21 may tarixində Çxoncin limanında dövlət başçısı Kim Çen Inın iştirakı ilə keçirilən rəsmi mərasim zamanı baş verib.

Məlumata görə, esmines planlaşdırıldığı kimi suya buraxılmayıb və nəticədə zədələnib.

Gəminin nə dərəcədə zədələndiyi və hadisənin təfərrüatları barədə əlavə məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Hərbi-gəmi  


Bizi "telegram"da izləyin