İsrail son 24 saatda "Hizbullah"ın üçüncü radikalını zərərsizləşdirdiyini açıqlayıb

2024/11/1732856593.jpg
Oxunub: 1571     02:47     22 May 2025    
İsrailin Müdafiə Ordusu bir gündə Livanın cənubunda “Hizbullah” hərəkatından üçüncü silahlı radikalın zərərsizləşdirildiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.

İsrail Ordusu bir gündə üçüncü dəfədir ki, Livanın cənubunda “Hizbullah” terrorçusunu məhv edib”, - məlumatda bildirilir.

Mətbuat xidməti radikalın Livan ərazisinin cənubundakı Aytarun qəsəbəsi ərazisində “pilotsuz uçuş aparatının köməyi ilə” zərərsizləşdirdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin