Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçi olub

2025/05/96353-1747890904.jpg
Oxunub: 2297     01:51     22 May 2025    
Avropa indi Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçi rolunu oynayır.

Ordu.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Yle” nəşrinə müsahibəsində deyib.

"Daha çox vasitəçilər var: əvvəllər bu rolu yalnız ABŞ oynayırdı, indi Avropa da iştirak edir. ABŞ bu münaqişədə vasitəçilik rolundan əl çəkməyib", - o deyib.

Stubb danışıqlarda iştirak baxımından Avropa üçün vəziyyətin yaxşı olduğunu, döyüşlərin dayandırılması və gələcək sülh sazişi ilə bağlı müzakirələrə qoşulmaq istədiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Avropa   Ukrayna  


Bizi "telegram"da izləyin