İsrail Ordusu İordan çayının qərb sahilində yeni reydlər keçirib

2025/05/1747889892.jpg
Oxunub: 801     23:38     21 May 2025    
İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində növbəti gecə reydləri keçirib və terrorçuluqda şübhəli bilinən 25 nəfəri saxlayıb.

Ordu.az--ın verdiyi məlumata görə, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

“Gecə saatlarında İsrailin Müdafiə Ordusu və İsrail polisi İudeya və Samariya bölgələrində (İordan çayının qərb sahilinə İsrail tərəfindən verilən ad – red.) terrorizmlə mübarizə əməliyyatları həyata keçirib və axtarışda olan 25 nəfəri saxlayıb”, - açıqlamada bildirilir.

Qeyd olunur ki, reydlər əsasən İordan çayının qərb sahilində yerləşən Vifleem, Cenin və Xevron şəhərləri ətrafında aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ordu   İordan-çayı  


Bizi "telegram"da izləyin