Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şimali Koreyanın sosial media platformalarında yayımlanan yeni görüntülərə görə, Şimali Koreyanın yerli olaraq istehsal etdiyi “Cheonma-2” əsas döyüş tankının (M2020) təkmilləşdirilmiş versiyası görünə bilər.
Tank Şimali Koreya lideri Kim Çen Inın hərbi obyektə səfəri zamanı görüntülənib.
Yeni “Cheonma-2” əsas döyüş tankı ilk dəfə 2020-ci ildə Koreya İşçi Partiyasının 75 illik yubiley paradında təqdim edilən modernləşdirilmiş versiya kimi seçilir. Əsas döyüş tankında müasir aktiv mühafizə sistemi (APS), uzaqdan idarə olunan silah stansiyası (ROWS), tank əleyhinə raket, yeni nəsil optik sistemlər, partlayıcı reaktiv zireh (ERA) və məftil qəfəs kimi sistemlər diqqəti cəlb edir.
Yeni “Cheonma-2” əsas döyüş tankı klassik əsas döyüş tankı planına uyğundur. Bu kontekstdə sürücü korpusun ön mərkəzində, qüllə ortada və güc bloku arxada yerləşir. Şassi əvvəlki modelə bənzəsə də, qüllə dizaynı Cənubi Koreyanın “K2 Black Panther” tankına çox oxşardır.
Sevinc Əliyeva
Ordu.az