Zelenskinin təyyarəsi Ankaradan Tiranaya yola düşüb

2025/05/1747332504.jpg
Oxunub: 706     22:07     15 May 2025    
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Ankaradakı Esenboğa Beynəlxalq Aeroportundan havaya qalxaraq Albaniyanın paytaxtı Tiranaya yola düşüb.

Ordu.az xəbər verir ki, "AirNav" aviasiya resursunun saytında təqdim olunmuş məlumata görə, prezident təyyarəsinin bir neçə saat ərzində Albaniyanın paytaxtına çatacağı gözlənilir.

Zelenski Ankaraya günorta saatlarında gəlmiş və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. O, mayın 16-da Ərdoğanla birlikdə Tiranada keçiriləcək və 40-dan çox ölkə liderinin iştirak edəcəyi Avropa Siyasi Birliyi Sammitində iştirak edəcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Tirana  


Bizi "telegram"da izləyin