İsrail ordusu Qəzzada HƏMAS-ın əsas maliyyəçilərindən birini öldürdüyünü açıqlayıb

2025/05/1747058407.jpg
Oxunub: 563     21:05     15 May 2025    
İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının əsas maliyyəçilərindən birini öldürüb.

Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hədəfi Caser Hüseyn Əli Şamiya olan xüsusi əməliyyat bir həftə əvvəl Qəzza şəhərində İsrailin Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib. İsrail hərbçilərinin məlumatına əsasən, o, HƏMAS-ın hərbi qanadı üçün vəsait toplamaqdan məsul olub və əvvəllər hərəkatın Qəzza briqadasında batalyon komandiri olub.

“Müharibənin əvvəlindən Şamiya HƏMAS-ın hərbi qanadına onmilyonlarla dolların köçürülməsinə cavabdeh olub. Bu vəsaitlər hərbi qanadın gücləndirilməsi, HƏMAS terrorçularına maaşların ödənilməsi və bütövlükdə terror təşkilatının maliyyələşdirilməsi üçün istifadə edilib. Bundan əlavə, bu, hərbi əməliyyatların davam etdirilməsinə və Qəzzanın şimalındakı HƏMAS briqadalarının mövcudluğunun saxlanmasına imkan verib”, - bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin