Ordu.az-ın məlumatına görə, ABŞ dövlət katibi Mark Rubio, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriya xarici işlər naziri Əsəd əş-Şeybani arasında danışıqlar Belek rayonundakı NEST Konqres Mərkəzində keçirilib.
Görüşdə Hakan Fidan Dəməşqə qarşı tətbiq edilən bütün sanksiyaların aradan qaldırılmasına və Suriyada sabitliyin qorunmasına çağırış edib.
***
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriya xarici işlər naziri Esad Hasan Şeybani və ABŞ Dövlət katibi Marko Rubio arasında üçtərəfli görüş olub.
Ordu.az “Habertürk”ə istinadən xəbər verir ki, tərəflər NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi görüşü çərçivəsində bir araya gəliblər.
Onların hansı məsələləri müzakirə etdikləri hələ ki, açıqlanmayıb.
Ordu.az