Ordu.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti danışıqlarda atəşkəsi müzakirə etmək niyyətindədir.
Zelenski həmçinin danışıqların təşkilinə və məkanla təmin etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
"Bundan başqa, Prezident Ərdoğan Krımın Ukraynanın bir hissəsi olması barədə mövqeyini də təsdiqləyib", - o vurğulayıb.
“Mən indi nümayəndə heyətimizi İstanbula göndərməyi qərar aldım, amma hamını yox... Nümayəndə heyətinə müdafiə naziri başçılıq edəcək”, - Zelenski Ankarada keçirdiyi mətbuat konfransında söyləyib.
Ordu.az