Ordu.az xəbər verir ki, Kadıoğlu “Mavi Vətən” üzərindəki məsuliyyətləri ilə yanaşı, “Göy Vətən” konsepsiyasını vurğulayaraq, dəniz və hava əməliyyatlarının inteqrasiyası üçün səylərin sürətləndiyini ifadə edib.
“HHQ olaraq biz gələcək müharibə konsepsiyasının pilotlu və pilotsuz uçuş aparatlarının birgə istifadəsinə doğru inkişaf etdiyini görürük”, - deyə Kadıoğlu qeyd edib.
Kadıoğlu bu transformasiyanın gələcəkdə tamamilə insansız hava platformaları ilə hakim ola biləcəyini bildirib.
O, Türkiyənin müdafiə sənayesinin bu transformasiyada mühüm rol oynadığını bildirib.
“Biz müdafiə sənayemizin bütün bölmələri ilə birlikdə mühəndislərimizin zəngin təxəyyülünə arxalanaraq, yeni sistemlərin hazırlanmasında liderlik edirik. Deyə bilərəm ki, biz çox yaxşı yol xəritəsində irəliləyirik”, - deyə Kadıoğlu əlavə edib.
Sevinc Əliyeva
Ordu.az