Ordu.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “dünya birliyi üçün kritik bir zamanda çox mühüm müzakirələrin” təşkilindən məmnunluğunu ifadə edib.
NATO-nun 32 ölkəsinin diplomatiya rəhbərlərinin gündəmindəki əsas mövzular arasında müdafiə sektorunda əməkdaşlığın artırılması və Ukraynada sülhün əldə edilməsi yer alır. Həmçinin Alyans ölkələrinin müdafiə xərclərinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
H.Fidan onu da bildirib ki, Antalyada keçiriləcək toplantı iştirakçıları iyunun 24-25-də Haaqada keçirilməsi planlaşdırılan NATO dövlət və hökumət başçılarının sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.
İclasın iştirakçıları arasında NATO-nun Baş katibi Mark Rutte və ABŞ dövlət katibi Marko Rubio da var.
Ordu.az