Ordu.az xəbər verir ki, müqaviləni Berlində Filippinin müdafiə naziri Gilberto Teodoro və Almaniyanın federal müdafiə naziri Boris Pistorius imzalayıb.
Filippin Müdafiə Nazirliyindən verilən açıqlamada iki ölkənin müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə birgə müdafiə fəaliyyətlərinin planlaşdırılması üçün əlavə görüşlərin keçiriləcəyi bildirilib.
ABŞ-nin çoxdankı müttəfiqi olan Filippin Çinin təbii ehtiyatlarla zəngin Cənubi Çin dənizindəki iddiaları fonunda təhlükəsizlik əlaqələrini şaxələndirməyə çalışır.
Bu yaxınlarda Yeni Zelandiya ilə hərbi səfərlər haqqında müqavilə imzalayan Filippin daha əvvəl ABŞ, Yaponiya və Avstraliya ilə də oxşar təhlükəsizlik müqavilələri bağlamışdı.
Sevinc Əliyeva
Ordu.az