Ordu.az xəbər verir ki, şirkət daha əvvəl sərgidə elan olunmayan yeni döyüş gəmisi dizaynını da təqdim edəcək.
Mayın 20-dən 24-dək Lanqkavi adasında keçiriləcək LIMA 2025 Asiya-Sakit Okean regionunda ən böyük müdafiə tədbirlərindən biri kimi diqqəti çəkir.
Sərgidə STM həm dəniz platformaları, həm də pilotsuz uçuş sistemləri sahəsindəki həllərini region ölkələrinə təqdim edəcək.
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) ilə yanaşı, Ukrayna, Pakistan, Portuqaliya və Malayziya HDQ-ləri üçün hazırladığı dəniz layihələri ilə beynəlxalq diqqəti cəlb edən STM Malayziyadakı sərgidə altı fərqli dəniz platformasını nümayiş etdirəcək.
Sevinc Əliyeva
Ordu.az