Liviyanın paytaxtı Tripolidə yenidən toqquşmalar başlayıb

2025/05/1747199272.jpg
Oxunub: 465     09:00     14 May 2025    
Liviyanın paytaxtı Tripolidə hökumət qüvvələri ilə Sabitliyə Dəstək Aparatı (SSA) arasında qarşıdurmalar yenidən başlayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "Al-Wasat" və "Al Jazeera" agentlikləri xəbər veriblər.

Məlumata əsasən, küçələrdə atışma səsləri eşidilir, Milli Razılıq Hökumətinin qüvvələri isəTripolinin cənubunda və mərkəzində həbsxanalar və qərargahlara nəzarəti ələ keçirməyə çalışır. Üç paytaxt bələdiyyəsi təhsil və imtahanların dayandırıldığını elan edib.

Tripolinin şərqindəki Mitiqa Beynəlxalq Hava Limanı bütün uçuşları Misrata hava limanına istiqamətləndirir.

Sabitliyə Dəstək Aparatının qüvvələri Tripoliyə bəzi giriş nöqtələrində, o cümlədən Mitiqa hava limanına aparan yola və Aparatın qərargahına yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tripoli   Toqquşma  


Bizi "telegram"da izləyin