KİV: ABŞ-nin hərbi helikopterindən Yaponiyaya pirotexniki çanta düşüb

2025/05/1747198824.jpg
Oxunub: 397     07:35     14 May 2025    
ABŞ hərbi bazalarının Yaponiyada əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdiyi Okinava prefekturasında Birləşmiş Ştatların hərbi helikopterinin uçuş zamanı içərisində pirotexniki məşəllər olan 18 kq-lıq çanta düşüb.

Ordu.az NHK telekanalına istinadən xəbər verir ki, zərərçəkənlər barədə məlumat olmasa da, çanta hələ də tapılmayıb.

Hadisə mayın 13-də Okinavanın əsas adası Motobu yarımadası bölgəsində, ABŞ Ordusunun Dəniz Qüvvələri bazasına aid UH1 helikopterinin uçuşu zamanı baş verib.

Okinava adası Yaponiyadakı bütün Amerika hərbi obyektlərinin ərazisinin 75 %-ni təşkil edir ki, bu da yerli əhalinin narazılığına səbəb olur. Yaponiya hökuməti ilə Okinava hakimiyyəti arasındakı münasibətlərdə ən aktual məsələlərdən biri ABŞ-nin Futemma Dəniz Qüvvələri bazasının sıx məskunlaşmış Ginovan bölgəsindən köçürülməsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin