Kelloq: "ABŞ Dnepr çayının qərbində Avropa qüvvələrinin yerləşdirilməsini müzakirə edir"

2024/12/1734150638.jpg
Oxunub: 577     19:06     13 May 2025    
ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli çərçivəsində Böyük Britaniya, Fransa, Almaniya və Polşa qüvvələrinin Dnepr çayının qərbində yerləşdirilməsini müzakirə edir.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq “Fox News”a müsahibəsində bildirib.

"Biz dayanıqlılıq qüvvələri haqqında danışırıq. Bu, E3 adlandırılan qüvvədir, lakin indi britaniyalılar, fransızlar və almanlardan, eləcə də polyaklardan söhbət gedirsə, bu, əslində E4-dür. Dnepr çayının qərbindəki qüvvə onun təmas zonasından kənarda olması deməkdir", - Kelloq deyib.

Qeyd edək ki, Böyük Britaniya və Fransa Kiyevlə Moskvanın atəşkəs barədə razılığa gələcəyi təqdirdə Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi planını hazırlayıb. Təxminən 30 min Avropa hərbçisinin Ukrayna infrastrukturunu, şəhərlərini və limanlarını qoruyacağı nəzərdə tutulur. Rusiya Ukrayna ərazisində Avropa qüvvələrinin mövcudluğuna qarşı çıxıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kelloq   ABŞ   Dnepr  


Bizi "telegram"da izləyin