Pakistan Hindistanın hücumlarından sonrakı rəsmi itki sayını açıqlayıb

2025/05/1746636987.jpg
Oxunub: 614     15:16     13 May 2025    
Hindistanın ötən həftə ərzində həyata keçirdiyi hücumlar nəticəsində 40-ı dinc sakin, 11-i hərbçi olmaqla 51 nəfər həyatını itirib, 199 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan ordusunun ictimaiyyətlə əlaqələr departamentinin yaydığı bəyanatda deyilir.

Məlumata görə, ölən mülki şəxslərdən yeddisi qadın, 15-i isə uşaq olub.

“Pakistan dövləti təcavüz qarşısında sarsılmaz olaraq qalır. Heç bir anlaşılmazlıq olmasın. Pakistanın suverenliyinə və ərazi bütövlüyünə ediləcək istənilən növbəti cəhd dərhal, hərtərəfli və qətiyyətli cavabla qarşılanacaq”, – bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin