Kremlin sözçüsü: "Rusiya İstanbulda Ukrayna ilə bağlı danışıqlara hazırlaşır"

2025/04/1745917980.jpg
Oxunub: 506     14:16     13 May 2025    
Rusiya tərəfi mayın 15-də İstanbulda Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlara hazırlığı davam etdirir.

Ordu.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu jurnalistlərə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya tərəfi cümə axşamı keçirilməli olan danışıqlara hazırlaşmağa davam edir. Hələlik bundan başqa heç nəyi şərh etmək niyyətində deyilik", - o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, Kreml İstanbul danışıqlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini prezident Vladimir Putinin "bunu zəruri hesab etdiyi təqdirdə" elan edəcək.

Qeyd edək ki, V.Putin Kremldə keçirilmiş mətbuat konfransında Moskva və Kiyev arasında danışıqların yubanmadan və ilkin şərtlər olmadan mayın 15-də İstanbulda keçirilməsini təklif edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Rusiya   İstanbul  


Bizi "telegram"da izləyin