Dmitri Peskov: “Rusiya “Boeing” qəzası ilə bağlı çıxarılan nəticələri qəbul etmir”

2024/07/thumb-1721842996.jpg
Oxunub: 471     14:14     13 May 2025    
Moskva 2014-cü ildə Malayziyanın “Boeing” təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın məsuliyyət daşıması barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nəticələrini qəbul etmir.

Ordu.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov aviaqəzaya görə Rusiyanı günahlandıran Beynəlxalq Mülki Aviasiya Təşkilatları Şurasının qərarını şərh edərkən bildirib.

"Mövqeyimiz yaxşı məlumdur: Rusiya bu hadisənin araşdırılmasında iştirak edən ölkə olmayıb, ona görə də biz hər hansı qərəzli nəticələri qəbul etmirik", - o vurğulayıb.

Qeyd edək ki, “Malaysia Airlines” aviaşirkətinin Amsterdam (Niderland) - Kuala-Lumpur (Malayziya) reysini yerinə yetirən “Boeing-777” təyyarəsi Ukraynanın hava məkanı üzərində vurulub. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Boeing  


Bizi "telegram"da izləyin