Türkiyədə davam edən “DENİZKURDU-II/2025” təlimi zamanı Hərbi Dəniz Qüvvələri Komandanlığına məxsus SH-70 tipli hərbi helikopterin uçuşu vaxtı texniki nasazlıq baş verib.
Ordu.az NTV-yə istinadən xəbər verir ki, helikopter dənizə məcburi eniş edib.
Milli Müdafiə Nazirliyi helikopterin dörd ekipaj üzvünün vəziyyətinin yaxşı olduğunu bildirib.
Hərbçilər müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
DENİZKURDU-II/2025
Qəza