Hindistan ABŞ-yə ixrac olunan 30-a yaxın məhsula rüsum tətbiq etmək niyyətindədir

2025/05/1747128249.jpg
Oxunub: 540     13:20     13 May 2025    
Hindistan Ümumdünya Ticarət Təşkilatını (ÜTT) ABŞ-yə 29 məhsulun ixracına rüsum tətbiq etmək qərarı barədə məlumatlandırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Economic Times” nəşri məlumat yayıb.

Hndistan bu addımı ABŞ-nin polad və alüminium tədarükünə tətbiq etdiyi tarifləri artırmasına cavab olaraq atıb.

Bu qərar ÜTT-nin bununla bağlı bildiriş almasından 30 gün sonra qüvvəyə minəcək.

Hindistanın ÜTT çərçivəsində cavab rüsumları Birləşmiş Ştatlara bor turşusu, polad məmulatlar, antifriz və bəzi quru meyvə növlərinin ixracını əhatə edəcək.

Qeyd edək ki, ABŞ Hindistanla məsləhətləşmələr aparmadan martın 12-dən polad və alüminium ixracına 25% rüsum tətbiq edib. Hindistanın sorğusuna cavab olaraq Vaşinqton bildirib ki, bu tədbir "ABŞ-nin milli təhlükəsizliyini qorumaq məqsədilə" həyata keçirilib.

ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə ikitərəfli ticarət 129 milyard ABŞ dollarına çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   ABŞ  


Bizi "telegram"da izləyin