Ordu.az xəbər verir ki, Yaponiyadakı “Iwakuni” Dəniz Piyadaları Aviabazasında (MCAS Iwakuni) keçirilən Dostluq Günü tədbirində ABŞ HDQ-nin ən yeni uzun mənzilli “hava-hava” raketi AIM-174B-nin ilk ictimai nümayişi keçirilib.
Raket “USS George Washington” aviadaşıyıcı gəmisində fəaliyyət göstərən “F/A-18F Super Hornet” döyüş təyyarəsinin qanadının altında görüntülənib.
AIM-174B mahiyyətcə ABŞ HDQ-nin uzun mənzilli gəmi əleyhinə və hava hücumundan müdafiə raketi olan SM-6-nın hava versiyasıdır.
370 kilometri aşan mənzili ilə seçilən raket ballistik raketdən müdafiədən hipersəs təhdidlərinə qarşı mübarizəyə və quru hədəflərini vurmağa qədər bir çox missiyanı yerinə yetirə bilir.
Sevinc Əliyeva
Ordu.az