Ordu.az xəbər verir ki, “Thunderbolt” kod adlı təlim mayın 10-da Tayvan administrasiyasının illik raket təlimi proqramı çərçivəsində keçirilib.
Tayvan administrasiyasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, quru qoşunları yeni tətbiq edilən HIMARS sistemləri və yerli istehsal olan “Thunderbolt 2000” yaylım atəşli reaktiv sistemləri ilə dəniz hədəflərinə koordinasiyalı hücumlar həyata keçirib.
Tayvan administrasiyası 2021-ci ildə Birləşmiş Ştatların elan etdiyi silah paketinin bir hissəsi olaraq ilk HIMARS partiyasında 11 sistemi 2025-ci ilin yanvarında təhvil alıb. Cəmi 29 sistemin daxil olduğu bu müqavilənin ilk çatdırılması 2023-cü ilin sonlarında təsdiqlənib, lakin sistemlərin əməliyyat tətbiqi ilə bağlı təfərrüatlar indiyədək açıqlanmamışdı.
Sevinc Əliyeva
Ordu.az