Ukrayna Rusiyanın yeni “Banderol” qanadlı raketinin texniki detallarını açıqlayıb

2025/05/1747124608.jpg
Oxunub: 592     12:47     13 May 2025    
Ukrayna Müdafiə Kəşfiyyatı İdarəsi (GUR) Rusiyanın hazırladığı yeni “S8000 Banderol” qanadlı raketinin texniki detallarını paylaşıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ukrayna kəşfiyyat mənbələrinin məlumatına görə, “Banderol” raketi 500 kilometrə qədər uçuş məsafəsinə malikdir və saatda təxminən 650 kilometr kreyser sürəti ilə uça bilir.

Raket OFBH-150 kodu ilə tanınan, 115 kiloqramlıq yüksək partlayıcı və qəlpəli döyüş başlığı daşıyır, model təyyarələr üçün hazırlanmış Çin istehsalı “Swiwin SW800Pro-A95” reaktiv mühərriki ilə işləyir.

“Banderol” Rusiyanın Pilotsuz Uçuş Aparatlarında (PUA) da istifadə olunan “Kometa-M8” adlı səkkiz kanallı peyk siqnal qəbuledici sistemi ilə idarə olunur.

Ukrayna müdafiə rəsmiləri vurğulayırlar ki, “Banderol” raketi köhnə nəsil Rusiya qanadlı raketləri (Kh-101, 3M14, 9M727, Kh-69) ilə müqayisədə daha yüksək manevr qabiliyyətinə malikdir və aşağı hündürlükdə sabit kursda uçmaq qabiliyyətini saxlayır.

Mövcud məlumatlara görə, “Banderol” raketi hazırda “Orion” (Inokhodets) tipli PUA-lardan buraxıla bilər. Gələcəkdə bu raketi daşıyan platformalar arasında “Mi-28N” hücum helikopterlərinin də olması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Banderol  


Bizi "telegram"da izləyin