Londonda Baş nazirin evini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

2025/05/1747121702.jpg
Oxunub: 522     11:29     13 May 2025    
London polisi Britaniya Baş naziri Kir Starmerə məxsus evdə yanğın törətməkdə şübhəli bilinən 21 yaşlı şəxsi saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya KİV-ləri London polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hazırda Starmerin evində yanğın baş verməsi barədə məlumatlardan sonra araşdırma aparılır.

Qeyd edək ki, mayın 12-də Starmerin evində yanğın baş verib. “Times” qəzetinin məlumatına görə, yanğın nəticəsində binanın giriş qapısı zədələnib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   Baş-nazir  


Bizi "telegram"da izləyin