Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “Bloomberg TV”nin efirində 10-11 may tarixlərində Cenevrədə keçirilən ABŞ-Çin danışıqlarının nəticələrini şərh edərkən bildirib.
"Aprelin 2-də Çinə qarşı 34 % tarif tətbiq edilib. Fasilə zamanı azalma 10 % təşkil edəcək. Biz qarşılıqlı tariflərin yuxarı həddi ilə bağlı müzakirələri davam etdirəcəyik. Hazırda tətbiq olunan tariflər aşağı həddədir. İndi 90 günlük rüsumların həcmi fasilədəki səviyyəyə enib", - o qeyd edib.
Maliyyə naziri CNBC telekanalına müsahibəsində tərəflərin rüsumları 115 % azaltdığını söyləyib. Hər iki tərəf üçün onların səviyyəsi indi 10 % təşkil edir.
Eyni zamanda, onun sözlərinə görə, ABŞ-yə fentanil qaçaqmalçılığı ilə mübarizədə Çinin guya kifayət qədər səy göstərməməsinə görə ABŞ Prezidenti Donald Trampın fevralda tətbiq etdiyi 20 % səviyyəsində tarif qüvvədə qalır. Bununla əlaqədar bir sıra ABŞ KİV-ləri Çin mallarına qarşı rüsumların indi 10 % deyil, 30 % təşkil etdiyini iddia edib.
***
ABŞ və Çin nümayəndə heyətləri arasında ticarət danışıqlarının yeni raundunun bir neçə həftə ərzində keçirilməsi gözlənilir.
Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.
"Güman edirəm ki, yaxın bir neçə həftə ərzində biz yenidən görüşəcəyik", - o qeyd edib.
Onun sözlərinə görə, görüşün dəqiq detalları - tarixi və keçirilmə yeri hələ müəyyən edilməyib.
Ordu.az