Trampın xüsusi nümayəndəsi İsraildədir

2025/04/stive-1744777699.jpg
Oxunub: 389     15:09     12 May 2025    
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İsrailin Baş naziri Binyamin Netanyahu və bir sıra yüksək rütbəli rəsmilərlə görüşmək üçün bu ölkəyə gəlib.

Ordu.az İsrailin “Ynet” xəbər portalına istinadən xəbər verir ki, səfər ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksandrın gözlənilən azad edilməsi fonunda baş tutub.

"ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İsrailə gəlib. Onun Həmas tərəfindən girovun azad edilməsinə hazırlıq fonunda Baş nazir Binyamin Netanyahu və digər yüksək rütbəli şəxslərlə görüşəcəyi gözlənilir", - məlumatda bildirilib.

S.Uitkoff İdan Aleksandr və onun ailəsi ilə görüşməyi planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin