Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Varşavadakı səfirliyinin müşaviri Andrey Ordaş bildirib.
Daha əvvəl o, Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, burada ona Baş Konsulluğun bağlanması barədə nota təqdim edilib.
***
Rusiyanın Krakovdakı Baş Konsulluğu 30 gün ərzində bağlana bilər.
Ordu.az TASS-a xəbər verir ki, bu barədə Polşa XİN-dən bildirilib.
Polşa XİN-in mətbuat katibi Pavel Vronski qeyd edib ki, Varşavanın Rusiyanın baş konsulluğunu bağlamaq qərarı ilə əlaqədar Rusiyanın bu ölkədəki səfiri Sergey Andreyev Polşa XİN-ə dəvət ediləcək.
***
Rusiya Varşavanın Krakovdakı Baş Konsulluğunun bağlanması ilə bağlı qeyri-adekvat addımlarına cavab verəcək.
Ordu.az xəbər verir ki ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Varşava vətəndaşların maraqlarına zidd hərəkət edərək Moskva ilə münasibətləri qəsdən pozmaqda davam edir. "Bu qeyri-adekvat addımlara adekvat cavab tezliklə veriləcək",- Zaxarova Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanmasını şərh edərkən deyib.
Qeyd edək ki, Polşa XİN başçısı Radoslav Sikorski Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanması haqqında qərar verdiklərini açıqlayıb.
***
Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlayır.
Ordu.az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri bildirib.
O, Rusiya Federasoyasının Polşanın Krakov şəhərindəki Baş Konsulluğunun bağlanması qərarını açıqlayıb.
"Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib", - Polşa XİN başçısı bildirib.
Ordu.az