Yaponiya ABŞ-dən yeni F-35 “Lightning II” qırıcı təyyarələrini təhvil alıb

2025/05/1746785573.jpg
Oxunub: 687     17:56     12 May 2025    
Yaponiya Komatsu Hava Bazasında ABŞ-dən daha üç ədəd F-35 “Lightning II” qırıcı təyyarəsini təhvil aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, rəsmi mənbələrin verdiyi məlumata görə, bu yeni təyyarələr ən müasir TR-3 aviyonik avadanlıqları ilə təchiz olunub. Bu avadanlıqlara yeni nəsil ekran, əsas prosessor və yaddaş modulları daxildir ki, nəticədə təyyarələrin idarəetmə və döyüş imkanları əhəmiyyətli dərəcədə artır.

Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə (JASDF) bu təyyarələrin inteqrasiyası məqsədilə ötən il ABŞ və İtaliya ilə birgə təlimlər həyata keçirilib. Eyni zamanda, “Izumo” sinifli “JS Kaga” (DDH-184) esminesi əlavə təlimlər üçün ABŞ-nin qərb sahillərinə göndərilib.

ABŞ Müdafiə Nazirliyi isə bildirib ki, bu təyyarələrin təhvil verilməsi F-35 “Lightning II” Birgə Proqramının bir hissəsidir və məqsəd Yaponiya və digər müttəfiq ölkələrin hava qüvvələrinin beşinci nəsil imkanlarını artırmaqdır.

2020-ci ildə ABŞ və Yaponiya arasında bağlanmış 23,11 milyard dollarlıq müqaviləyə əsasən, 63 ədəd ənənəvi F-35A və 42 ədəd qısa qalxış və şaquli eniş edə bilən F-35B modeli satılacaq. Bütün təyyarələrin 2030-cu ilədək təhvil verilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ  


Bizi "telegram"da izləyin