CANiK Avropa müdafiə bazarında mövqeyini gücləndirir

2025/05/2025--1746785070.jpg
Oxunub: 473     16:03     12 May 2025    
Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan CANiK 12-14 may 2025-ci il tarixlərində Madriddə keçiriləcək FEINDEF 2025 sərgisi çərçivəsində Avropa və Qərbi Aralıq dənizi bazarında yeni əməkdaşlıqlara imza atmağı hədəfləyir.

Ordu.az xəbər verir ki, “SYS Group” tərkibində fəaliyyət göstərən CANiK “AEI Systems”, UNIROBOTICS və MECANiK markaları ilə bu region üçün yüksək texnologiyalı döyüş sistemlərini təqdim edəcək.

Sərgi çərçivəsində Britaniya istehsalı olan və geri təpmə səviyyəsi aşağı olan VENOM LR topu, eləcə də TRAKON seriyalı uzaqdan idarə olunan silah sistemləri (UKSS) təqdim olunacaq. Bu sistemlər aşağı hündürlükdəki təhdidlərə qarşı təsirli əks-tədbir kimi qiymətləndirilir. “SYS Group” ispan sənayesi ilə xüsusilə 30x113mm sistemləri üzrə birgə layihələr həyata keçirməkdədir.

CANiK şirkətinin baş direktoru Utku Aral bildirib ki, bu sərgi yalnız kommersiya deyil, həm də strateji məqsədlərlə iştirak ediləcək bir platformadır. Şirkət İspaniya və Portuqaliya kimi strateji partnyorlarla mövcud əlaqələri dərinləşdirmək niyyətindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CANiK   Avropa  


Bizi "telegram"da izləyin