“ARES Shipyard” 188 ədəd ARES 35KB sürətli patrul gəmisini tam təhvil verib

2025/05/1746784932.jpg
Oxunub: 421     10:28     14 May 2025    
Antalyada yerləşən “ARES Shipyard” Türkiyə Sahil Mühafizə Komandanlığı və Təhlükəsizlik Baş Müdirliyi üçün istehsal etdiyi 188 ədəd ARES 35KB tipli sürətli patrul gəmisinin istehsal və təhvil prosesini uğurla tamamlayıb.

Ordu.az xəbər verir ki, bu layihə dünya gəmiqayırma tarixində eyni tipli ən böyük seriyalı istehsal proqramlarından biri kimi tarixə düşür.

12 metr uzunluğunda olan bu gəmilər “Fast Patrol Boat” (FPB) sinfinə aiddir və maksimum 35 knot sürətə çata bilir. 160 dəniz mili məsafə qət etmək qabiliyyətinə sahib olan ARES 35KB seriyası, xüsusilə qeyri-qanuni miqrasiya, insan alveri, axtarış-xilasetmə və sahil təhlükəsizliyi əməliyyatlarında mühüm rol oynayacaq.

Bu uğurlu istehsal dövründə şirkət sahil zonalarında və Van gölü ətrafında effektiv nəzarət və cavabvermə qabiliyyətlərini artırmaq üçün 7 milyon avroluq yeni müqavilə ilə ARES 35CPB tipli daha yüksək performanslı xilasetmə qayıqlarının da satışına başlayıb.

“ARES Shipyard” tərəfindən verilən açıqlamada layihənin Türkiyənin dəniz təhlükəsizliyi imkanlarını gücləndirdiyi və ölkənin sahil bölgələrində daha təhlükəsiz mühit yaradılmasına töhfə verdiyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ARES-Shipyard   ARES-35KB  


Bizi "telegram"da izləyin