Ordu.az xəbər verir ki, “Saildrone Voyager” tipli 4 ədəd 10 metrlik İDP müşahidə sensorları və süni zəka əsaslı məlumat füzyonu sistemləri ilə təchiz olunaraq Danimarkanın sahil nəzarət missiyalarında iştirak edəcək.
Bu vasitələr Danimarka Silahlı Qüvvələrinin və Sahil Mühafizəsinin dənizdə situasiya fərqindəliyini artıracaq və suda qeyri-qanuni hərəkətləri erkən aşkar etməyə imkan verəcək.
Danimarka Müdafiə naziri Troels Lund Poulsen bildirib ki, dənizdəki təhdidlər sürətlə dəyişir və bu tip yeni texnologiyalar artıq lüks deyil, zərurətdir. Bu fonda Danimarka hökuməti sualtı və uzaqdan idarə olunan sistemlərə yönəlmiş yeni donanma modernizasiya proqramı qəbul edib.
“Saildrone” şirkətinin rəhbəri Con Mustin isə bildirib ki, Kopenhagendə yeni texniki xidmət və mükəmməllik mərkəzi yaradılacaq. Bu addım Şimali Avropada şirkətin fəaliyyətlərini genişləndirmək üçün strateji əsas yaradacaq.
Sevinc Əliyeva
Ordu.az