Ordu.az xəbər verir ki, şirkət sərgidə geniş çeşidli müdafiə məhsullarını, o cümlədən döyüş platformaları, simulyasiya və təlim texnologiyaları, yenilikçi döyüş həlləri və texniki dəstək imkanlarını nümayiş etdirəcək.
1817-ci ildə Belçikada yaradılan “John Cockerill” şirkəti “John Cockerill Defense” bölməsi ilə silahlı qüvvələrin mobil döyüş imkanlarını artıran platformalar təqdim edir. Müdafiə sahəsindən əlavə, şirkət enerji (hidrogen, günəş enerjisi), polad sənayesi və ətraf mühit texnologiyaları sahələrində də fəaliyyət göstərir.
FEINDEF sərgisi şirkət üçün beynəlxalq tərəfdaşlıqlar qurmaq və Avropa müdafiə sənayesində rolunu gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Sevinc Əliyeva
Ordu.az