“Indra” 12 yeni Avropa Müdafiə Fondu layihəsinə qoşulub

2025/05/1746784382.jpg
Oxunub: 447     16:31     12 May 2025    
İspaniyanın qabaqcıl texnologiya və müdafiə şirkəti “Indra” Avropa Müdafiə Fondu (EDF) çərçivəsində həyata keçirilən 12 yeni layihəyə qatıldığını və onlardan birinə liderlik etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, şirkət bu təşəbbüs vasitəsilə Avropada kritik hərbi texnologiyaların inkişafına və müdafiə sahəsində strateji müstəqilliyin gücləndirilməsinə töhfə verməyi planlaşdırır.

Liderlik etdiyi layihə quru, hava və dəniz əməliyyatları daxil olmaqla, çoxşaxəli döyüş sahələrində vəziyyətin anlaşıqlığını artırmağı qarşısına məqsəd qoyur. “Indra” həmçinin qeyd edib ki, bu layihələr çərçivəsində Avropa ölkələrinin öz hərbi-sənaye potensialını artırmaq üçün konkret addımlar atılacaq və texnoloji suverenlik təmin olunacaq.

Şirkət Avropa müdafiə texnologiyasının lokallaşdırılması, yeni nəsil sistemlərin hazırlanması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün davamlı şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Indra   Avropa  


Bizi "telegram"da izləyin