Ordu.az xəbər verir ki, bu modernizasiya planı ABŞ-nin dəniz üstünlüyünü qorumaq və uzaq məsafəli dəniz hədəflərinə qarşı effektiv zərbələr endirmək məqsədi daşıyır.
Hazırda AC-130J əsasən yerüstü hədəflərə qarşı istifadə olunur, lakin “Harpoon” raketləri ilə təchiz edildikdən sonra bu təyyarə dənizdə yerləşən hərbi və logistik hədəflərə qarşı da yüksək dəqiqliklə zərbə endirə biləcək.
Analitiklər bu qərarı ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind-Sakit Okean bölgəsində artan Çin hərbi fəaliyyəti fonunda dəniz aviasiyasına daha çevik və çoxməqsədli imkanlar qazandırmaq istəyi ilə əlaqələndirirlər. Bu dəyişiklik ABŞ-nin bölgədəki çəkindiricilik strategiyasının tərkib hissəsidir.
Sevinc Əliyeva
Ordu.az